Moskva “Lokomotiv”inin hücumçusu Fyodor Smolov karyerasını “Selta”da davam etdirəcək.

Rusiya millisində də çıxış edən futbolçu bu gün yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Amma 29 yaşlı hücumçu yaya qədər Viqo klubunda icarə əsasında oynayacaq.

Xatırladaq ki, Smolov bu mövsüm “dəmiryolçular”ın heyətində 19 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.